İŞİD Bağdadinin öldürülməsini təsdiqlədi


Dünya 31 Okt 2019 20:59:05 260 0

İŞİD Bağdadinin öldürülməsini təsdiqlədi

İŞİD terror təşkilatı qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi haqqında məlumatları təsdiqləyib.

Son.az Trend-ə istinadən bildirir ki, Abi İbrahim əl-Haşimi əl-Kuraşi İŞİD-in yeni lideri təyin edilib.

Qeyd edək ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp Əbu Bəkr əl-Bağdadinin Suriyada xüsusi əməliyyat zamanı öldürüldüyünü bildirmişdi.