Sumqayıt Texnologiyalar Parkı rezidentlərin reallaşdırdığı məhsulun məbləğini açıqlayıb


Digərləri 31 Okt 2019 21:04:00 228 0

Sumqayıt Texnologiyalar Parkı rezidentlərin reallaşdırdığı məhsulun məbləğini açıqlayıb

2019-cu ilin ilk doqquz ayının yekunlarına əsasən Sumqayıt Texnologiyalar Parkının əsas rezidentləri 65 milyon manatdan çox məhsul reallaşdırmış bir neçə zavod olub

Bakı. Mətanət Nəsibova - 2019-cu ilin ilk doqquz ayının yekunlarına əsasən, Sumqayıt Texnologiyalar Parkının əsas rezidentləri 65 milyon manatdan çox məhsul reallaşdırmış bir neçə zavod olub. Bunu Trend-ə Parkın ictimaiyyətlə əlaqələr üzrə meneceri Rəşad Əliyev deyib. Onun sözlərinə görə, ən çox satılan məhsul kabel zavodunun payına düşüb: “Bu müəssisə 29,95 milyon manat məbləğində məhsul reallaşdırıb. Armatur istehsalı zavodu 11,8 milyon manat, polimer məmulatlar istehsalı zavodu 7 milyon manat, avtomobil istehsalı və təmiri zavodu 4,65 milyon manat, alüminium profillər zavodu 2,669 milyon manat, sendviç panellər istehsalı zavodu 2,374 milyon manat, elektrik avadanlıqlar zavodu 1,6 milyon məbləğində məhsul satıb”.