Arvadını boğub öldürən kişi məcburi müalicəyə göndərildi


Digərləri 31 Okt 2019 20:30:00 225 0

Arvadını boğub öldürən kişi məcburi müalicəyə göndərildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Müsəddiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Müsəddiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Əliyevin anlaqsız olduğu qənaətinə gəlinib və o məcburi müalicəyə göndərilib. İttihama görə, ötən il Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1969-cu il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb. (adsgarden = window.adsgarden || []).push({}); M.Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. O, qətli qısqanclıq zəminində törətdiyini deyib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin