Xırdalanda avtomobillə vurulan piyada xəstəxanada ölüb


Digərləri 31 Okt 2019 20:13:24 242 0

Xırdalanda avtomobillə vurulan piyada xəstəxanada ölüb

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. İlhamə İsabalayeva - Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 30-da saat 1 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini M.Kərimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Ülvi Vəliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Abşeron RPİ tərəfindən araşdırma aparılır. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin