Bakıda 9 ayda əhaliyə göstərilən xidmətlərin dəyəri 4 milyard manatdan çox olub


Digərləri 31 Okt 2019 20:08:00 195 0

Bakıda 9 ayda əhaliyə göstərilən xidmətlərin dəyəri 4 milyard manatdan çox olub

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri real ifadədə 2,4 faiz artıb

Bakı. Elçin Mehdiyev – 2019-cu ilin yanvar-sentyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,4 faiz artaraq 4 milyard 002,9 milyon manat olub. Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 888,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,2 faizini təşkil edib. 2019-cu ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9 faiz artaraq 755,6 milyon manat olub.