Tramp vədinə xilaf çıxdı,


Dünya 31 Okt 2019 19:10:00 221 0

Tramp vədinə xilaf çıxdı,

Suriyadan qoşunların çıxarılmasından sonra təxminən 900-ə qədər ABŞ hərbçisi bu ölkədə qalacaq.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu "New York Times" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Mənbə nəşrə bildirib ki, 1000 nəfərlik hərbi kontingentdən 250 nəfəri Suriyada qalacaq. Onlar Deyr-əz-Zor vilayətində dislokasiya olunacaq. Eyni zamanda, bu yaxınlarda piyada qoşunlarına mexanikləşdirilmiş hərbi qüvvələr də qoşulacaq. Bundan sonra neft yataqlarını qoruyan ABŞ əsgərlərinin sayı 500-ə çatacaq. Ət-Tanfa zonasında olan hərbçilərin də sayı nəzərə alınsa, onda nəşrin hesablamalarına görə, Suriyada təxminən 900-ə yaxın hərbçi qalacaq.

Qeyd edək ki, bu ilin oktyabrın 7-də Birləşmiş Ştatlar Prezidenti Donald Tramp ölkə hərbçilərinin Suriya ərazisindən çıxarılacağını bəyan etmişdi.