Anar Həsənov: "AccessBank"ı əsas maliyyə tərəfdaşı kimi seçənlərin sayı artmaqdadır


Digərləri 31 Okt 2019 19:32:00 228 0

Anar Həsənov: "AccessBank"ı əsas maliyyə tərəfdaşı kimi seçənlərin sayı artmaqdadır

AccessBank 2019-cu ilin üçüncü rübünə dair maliyyə hesabatını açıqlayıb.

Bakı. AccessBank 2019-cu ilin üçüncü rübünə dair maliyyə hesabatını açıqlayıb. Bankdan Trend-ə verilən məlumata görə, rüb ərzində AccessBank-ın aktivləri 12.629 mln. manatlıq artım nümayiş etdirərək 824.276 mln. manata çatıb. AccessBank-ın kredit portfeli də artım nümayiş etdirib. İyunun sonuna 473.349 mln. manat həcmində olan xalis kredit portfeli üçüncü rübün yekununa 498.979 mln. manata yüksəlib ki, bu da 25.630 mln. manat artımdan xəbər verir. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan məqsədli ehtiyatları nəzərə almasaq, bankın ümumi kredit portfeli 607.186 mln. manat təşkil edib. Rüb ərzində ən ciddi artımı depozit portfeli nümayiş etdirib. Belə ki, bankın depozit portfeli 31.363 mln. manat artaraq 646.713 mln. manata çatıb. Bankın depozit portfeli tarixi maksimumu yeniləməyə davam edir. Xüsusilə vurğulamaq istərdik ki, cari ilin əvvəlindən bankın depozit portfeli 145.575 mln. manat artıb. Maliyyə hesabatının təhlili göstərir ki, ilin əvvəlində bankın menecmentinin verdiyi proqnozlar özünü doğrultmaqdadır. Belə ki, bank əməliyyat mənfəəti ilə işləməyə davam edir. Üçüncü rübdə bank 14.234 mln. manat həcmində xalis əməliyyat mənfəəti əldə edib. AccessBank gəlirliliyini də qorumaqdadır. Üçüncü rübun sonuna bankın gəlirləri 59.992 mln. manata çatıb ki, bu da ötən rüblə müqayisədə 14.141 mln. manat artımdan xəbər verir. Hazırda bankın məcmu kapitalı 74.121 mln. manat təşkil edir ki, bu da requlyativ normadan (50 milyon manat) 24.121 mln. manat çoxdur.