Elxan Ələsgərov: "Qondarma “erməni soyqırımı” barədə sənədin qəbul olunması ABŞın bütün türk dünyası ilə münasibətlərinə ziyan vurur"


Siyasət 31 Okt 2019 19:23:00 256 0

Elxan Ələsgərov: "Qondarma “erməni soyqırımı” barədə sənədin qəbul olunması ABŞın bütün türk dünyası ilə münasibətlərinə ziyan vurur"

Qondarma "erməni soyqırımı" barədə sənədin qəbul olunması ABŞ-ın təkcə Türkiyə ilə deyil, bütün türk dünyası ilə münasibətlərinə ziyan vurur.

Son.az bildirir ki, bunu Trend-ə "Baku Network" beynəlxalq ekspert şurasının rəhbəri Elxan Ələsgərov ABŞ Konqresinin Nümayəndələr Palatasının 1915-ci il hadisələri ilə bağlı qətnamə qəbul etməsini şərh edərkən deyib.

Ekspert bildirib ki, bu qətnamə qərəzli xarakter daşıyır:

"Yəqin ki, amerikalı konqresmenlərin yaddaşlarında problem var. Konqres qondarma "erməni soyqırımı"na səs verməklə, 69 il əvvəl məhz Türkiyənin ABŞ-ı Koreyada məğlubiyyətdən xilas etdiyini unudur. 1950-ci ildə ABŞ kömək üçün NATO ölkələrinə müraciət etsə də, Türkiyədən başqa heç bir dövlət müraciətə cavab vermədi. Ankara ABŞ-a kömək olaraq 5 min əsgər və zabitdən ibarət briqada göndərdi. Türk generalı Tahsin Yazıcı geriyə çəkilən ABŞ ordusunun sol cinahını qorumaq əmri verdi. Amerikalı general MakArtur türk əsgərlərini qəhrəman adlandırıb. Müharibədən sonra kitab yazmış hərbçi Entoni Herbert qeyd etmişdi ki, türklər düşmənlə yalın əllə döyüşürdülər. "Bu gənc oğlanların müharibə təcrübəsi yox idi, amma onların cəsarəti bizi təəccübləndirirdi. Onların döyüşməyinə baxanda mən həm tanrıya, həm də BMT-yə təşəkkür edirdim ki, türklər bizimlədir". Hesab edirəm ki, konqresmenlər uzun müddət ABŞ-Türkiyə münasibətlərinin əsasını təşkil edən bu tarixi unudublar".

Baku Network

Ekspert Şurasının direktoru

Fəlsəfə doktoru

Elxan ƏIəsgərov

http://bakunetwork.com

Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube channel: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm