Bakıda arpa satan şəxs İran vətəndaşına qarşı külli miqdarda dələduzluq etdi


Kriminal 31 Okt 2019 18:28:00 350 0

Bakıda arpa satan şəxs İran vətəndaşına qarşı külli miqdarda dələduzluq etdi

Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 26, mənzil 185-də yaşayan, İran vətəndaşı Heidari Muhammad Reza Alı oğlu polisə müraciət edərək bildirib ki, ötən il dekabrın 15-də paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 1 saylı ünvanın qarşısında tanışı Elgün adlı şəxsə arpa almaq məqsədilə 58 min 600 dollar verib.

Amma həmin şəxs ona qarşı dələduzluq edib.