Nümayəndəlik: Aİ Azərbaycanda islahatlar proqramını dəstəkləməkdə davam edir


Digərləri 31 Okt 2019 17:47:00 227 0

Nümayəndəlik: Aİ Azərbaycanda islahatlar proqramını dəstəkləməkdə davam edir

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi KİV-lərdə yayılmış “Aİ səfiri Bakıda küçə iğtişaşları ssenarisi hazırlayır” məlumatını qəti şəkildə təkzib edir

Bakı. Ləman Zeynalova - Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi KİV-lərdə yayılmış “Aİ səfiri Bakıda küçə iğtişaşları ssenarisi hazırlayır” məlumatını qəti şəkildə təkzib edir. Trend-in məlumatına görə, bu barədə Aİ nümayəndəliyinin bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, Azərbaycan Aİ-nin vacib tərəfdaşı, “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı, eləcə də enerji sahəsində ittifaqın strateji tərəfdaşıdır: “Biz tərəfdaşlığımızı irəlilətmək və əməkdaşlığımızı genişləndirmək üçün yeni hərtərəfli saziş vasitəsilə bütün sahələrdə, eləcə də insan hüquqları sahəsində birgə işləyirik”. Bildirilib ki, Aİ Azərbaycanda islahatlar proqramını dəstəkləməkdə davam edir: “Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı və həm neft, həm də qeyri-neft sektorunda əsas investordur. Biz Azərbaycan iqtisadiyyatnın şaxələndirilməsi proqramını dəstəkləyirik. Aİ nümayəndə heyəti beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan cəmiyyətinin bütün təbəqələri ilə əlaqə saxlayır. Bu o deməkdir ki, biz dinləyirik, amma heç bir tərəf tutmuruq. Bütün dünyada diplomatik xidmətlərin etdiyi kimi, biz həm hökumət nümayəndələri ilə, həm müxalifətlə, həm də vətəndaş cəmiyyəti və digər qruplarla görüşürük”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin