Ərdoğan: "Azərbaycanla birgə enerji layihələri regionda sabitliyə yönəlib"


Digərləri 31 Okt 2019 17:32:00 380 0

Ərdoğan: "Azərbaycanla birgə enerji layihələri regionda sabitliyə yönəlib"

Azərbaycanla birgə enerji layihələri regionda sabitliyə yönəlib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri Georgi Qaxariya ilə birgə mətbuat konfransında deyib.

R.T.Ərdoğan bildirib ki, Trans-Anadolu qaz kəməri (TANAP), Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi layihələr regionda ən vacib enerji layihələrindəndir.

O əlavə edib ki, vacib layihələrdən biri həm də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir.