“Formula 1” və “UEFA 2020” oyunları ilə bağlı birgə işçi qrupu yaradıldı


Digərləri 31 Okt 2019 17:30:00 344 0

“Formula 1” və “UEFA 2020” oyunları ilə bağlı birgə işçi qrupu yaradıldı

Oktyabrın 31-də 2020-ci ildə Bakıda baş tutacaq “Formula 1” və “UEFA EURO 2020” oyunlarının təşkilat komitələri və digər qurumların nümayəndələri ilə keçirilən görüşdə birgə işçi qrupunun yaradılmasına qərar verilib.

Bakı. İlhamə İsabalayeva - 2020-ci ildə Bakıda baş tutacaq “Formula 1” və “UEFA EURO 2020” oyunlarının təşkilat komitələri və digər qurumların nümayəndələri ilə keçirilən görüşdə birgə işçi qrupunun yaradılmasına qərar verilib. Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumat verilib. Agentlikdən bildirilib ki, Azərbaycan Turizm Bürosu, Bakı Şəhər Halqası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Hotellər Assosiasiyasının təşkilat heyətindən ibarət işçi qrupu ölkəyə daha çox turistin cəlb olunması və qonaqların vaxtlarını daha səmərəli keçirmələrini təmin etmək üçün birgə fəaliyyət göstərəcəklər. Görüş çərçivəsində təkcə Bakı deyil, regionlar üzrə də təbliğatın aparılması, turizm məhsullarının yaradılması, eyni zamanda satış platformalarının müəyyən olunması imkanları və yolları kimi mövzular ətrafında da fikir mübadiləsi aparılıb.