Şou əhli ayağa qalxdı Bu xəstəxananın bağlanılması tələb olunur


Digərləri 31 Okt 2019 17:23:00 391 0

Şou əhli ayağa qalxdı  Bu xəstəxananın bağlanılması tələb olunur

Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) Sabunçu xəstəxanasının həkim kollektivinin dəyişdirilməsini tələb edib. 

Son.az "Yeni Sabah"a istinadən xəbər verir ki, o, oğlu ölən atanın fəryadını sosial şəbəkədə paylaşaraq Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasını, orada çalışan həkimləri sərt tənqid edib:

"Mən bu videoya axıra qədər baxa bilmədim, ağladım! Allah Sabunçu xəstəxanasının rüşvətxor, şərəfsiz, insanlıqdan bixəbər nə qədər həkimi varsa, hamısının bəlasını versin! Başda Sabunçu olmaqla bir çox yerdə həkim yox, baytarlar insanların həyatı ilə oynayırlar! Hamısını işdən çıxartmaq lazımdır. Hamısını cavan həkimlərlə əvəzləmək lazımdır. Türkiyədə, Rusiyada təhsil almış, hətta Bakıda yaxşı oxuyan o qədər cavan həkimlərimiz var ki... Bu atanın yerinə çox pis oldum, göz yaşların yerdə qalmaz, ata, oğlunun ölümündə günahkar olanlar Allahın qəzəbinə gələr tezliklə! Bəzi həkimlər şərəfini də pula satarlar, səviyyəsizlər!"

İzləyicilərdən biri rəylərdə tanınmış idmançı Fərhad Poladovun da həmin xəstəxanada öldüyünü xatırladıb. Tolik isə reper Hüseyn Dəryanın da həmin yerdə dünyasını dəyişdiyini bildirib.

Tolikin harayına şou nümayəndələri də səs veriblər. Müğənni Mina Hüseyn, Əməkdar artist Lalə Məmmədova, aparıcı Zemfira Adıgözəlova, müğənni Günel Ələkbərova (Pişik Günel) da onun dediklərini təsdiqləyib və məyusluğunu bildirib. G. Ələkbərova nənəsinin həmin xəstəxanada vəfat etdiyini yazıb: