Lavrov: "Azərbaycanla Ermənistan arasında saxlanan şəxslərin dəyişdirilməsi ilə bağlı vəziyyət az nikbindir"


Siyasət 31 Okt 2019 17:27:00 341 0

Lavrov: "Azərbaycanla Ermənistan arasında saxlanan şəxslərin dəyişdirilməsi ilə bağlı vəziyyət az nikbindir"

Azərbaycanla Ermənistan arasında saxlanan şəxslərin dəyişdirilməsi ilə bağlı vəziyyət daha az nikbindir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Qremingerlə birgə mətbuat konfransı zamanı deyib.

Nazir xatırladıb ki, o, aprel ayında ATƏT Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşüb:

"Çox yaxşı, formal xarakter almamış və açıq müzakirə keçdi və bunun nəticəsində bir sıra humanitar tədbirlərin reallaşdırılması üçün perspektivlər yarandı. O zaman saxlanan şəxslərin dəyişdirilməsi, həlak olan şəxslərin meyitlərinin dəyişdirilməsi və vəziyyəti bir qədər yumşaltmaq, etimad mühitini artırmaq üçün jurnalistlərin qarşılıqlı səfərləri barədə tədbirlər müzakirə olunmuşdu. Jurnalistlərlə bağlı ATƏT Katibliyi vasitəsilə dialoq davam edir, ümid var. Saxlanan şəxslərlə bağlı vəziyyət isə az nikbindir. Biz hesab edirik ki, bu istiqamətdə hərəkət etmək lazımdır".

S.Lavrov əlavə edib ki, mövqeləri daha da yaxınlaşdırmaq və kompromis əldə etmək üçün həmsədrlərin ardıcıl səyləri vacibdir.