Partiyaların bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb


Digərləri 31 Okt 2019 16:59:00 356 0

Partiyaların bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb

Bu gün bir sıra partiyaların dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

Bakı. Elçin Mehdiyev - Bu gün bir sıra partiyaların dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının, Vətəndaş Birliyi Partiyasının, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxlıb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin