Lavrov: "Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışlarında ATƏTin fəaliyyətini dəstəkləyir"


Dünya 31 Okt 2019 16:54:00 361 0

Lavrov: "Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışlarında ATƏTin fəaliyyətini dəstəkləyir"

Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışlarında ATƏT-in fəaliyyətini dəstəkləyir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Qremingerlə birgə mətbuat konfransı zamanı deyib.

Nazir həmçinin, Cənubi Qafqazda sabitliklə bağlı Cenevrə müzakirələrinin vacib rolunu qeyd edib.

S.Lavrov bildirib ki, Rusiya yeni çağırış və təhdidlərlə mübarizədə, eləcə də ümumi məkanda müxtəlif münaqişələrin nizamlanmasında ATƏT fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təklifləri dəstəkləyir:

"Rusiya ATƏT-in ümumi dialoq məkanı kimi istifadə olunmasının tərəfdarı kimi çıxış edir".