Birinci vitse-prezident Mehriban Əliyeva Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olub (FOTO)


Digərləri 31 Okt 2019 16:52:00 327 0

Birinci vitse-prezident Mehriban Əliyeva Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olub (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva oktyabrın 31-də Bakının Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olub.

Bakı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 31-də Bakının Nərimanov rayonundakı 64 saylı körpələr evi-uşaq bağçasında olub. Birinci vitse-prezidentə bu körpələr evi-uşaq bağçasında görülən əsaslı təmir işləri barədə məlumat verildi. Bildirildi ki, körpələr evi-uşaq bağçası 1963-ci ildə inşa olunub. Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə binada əsaslı təmir işləri həyata keçirilib. İki mərtəbə və iki korpusdan ibarət körpələr evi-uşaq bağçası 95 yerlikdir və beş qrupdan ibarətdir. Qruplarla tanış olan Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət etdi. Qeyd edək ki, binada təmir işləri zamanı infrastruktur yenidən qurulub, həyətyanı sahə abadlaşdırılıb, yaşıllıq salınıb. Uşaqların əylənməsi məqsədilə bağçanın həyətində yelləncəklər qurulub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin