BNA Sabunçuda iki avtobusun qəza törətməsi barədə məlumat yaydı


Digərləri 31 Okt 2019 16:37:00 388 0

BNA Sabunçuda iki avtobusun qəza törətməsi barədə məlumat yaydı

Bakı Nəqliyyat Agentliyi Sabunçu rayonunda iki marşrut avtobusunun qəzaya uğraması barədə məlumat yayıb.

Bakı. Samir Əli - Bakı Nəqliyyat Agentliyi Sabunçu rayonunda iki marşrut avtobusunun qəzaya uğraması barədə məlumat yayıb. Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, bir qədər əvvəl daşıyıcı Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 106 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan (99 RS 657 Dövlət Qeydiyyat Nişanlı) avtobus “Azland Plaza” MMC-nin müvəqqəti istismarında olan 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusla toqquşub. Nəticədə 7 nəfər sərnişin xəsarət alıb. Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Hər iki daşıyıcıdan yol nəqliyyat hadisəsi ilə bağlı izahat tələb olunub. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin