Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının tərkibində dəyişiklik edilib


Digərləri 31 Okt 2019 16:39:10 335 0

Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının tərkibində dəyişiklik edilib

Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılmış Komissiya

Bakı. Prezident İlham Əliyev “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin: “Komissiyanın həmsədri Şahin Mustafayev - Azərbaycan Respublikası Baş Nazirinin müavini Komissiyanın üzvləri: Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Azərbaycan Respublikası Energetika nazirinin müavini Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”. Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Çin Xalq Respublikası tərəfinə bildiriş göndərəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin