23 "qanuni oğru"ya qarşı eyni ittiham irəli sürüldü


Kriminal 31 Okt 2019 16:25:00 308 0

23 "qanuni oğru"ya qarşı eyni ittiham irəli sürüldü

2019-cu ilin yazından, Rusiyada "qanuni oğru" titulunu daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun qüvvəyə minməsindən bəri bu statusu daşıyan cəmi 23 nəfərə ittiham irəli sürülüb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, cinayətkar iyerarxiyada yüksək rütbə tutmağa görə ittiham irəli sürülənlər və istintaq altına düşənlər arasında "Kolya Tomski" ləqəbli Nikolay Kuzmıçev, "Bonço" ləqəbli Cumber Bayramidi, "Roma Stavrapolski" ləqəbli Roman Dmitriyev, "Şişkan" ləqəbli Oleq Şişkanov, "Rəşid Cambulski" ləqəbli Rəşid Xaçatryan, "Alfason" ləqəbli Qoça Antipov və digərləri yer alır.

Sonuncu dəfə oktyabrın 29-da Rusiya güc strukturları "Novik" ləqəbli İqor Novikovu bu maddə ilə ittiham edərək həbs ediblər. Həmin ittihama əsasən təqsirləndirilənləri 8 ildən 15 ilə qədər həbs cəzası gözləyir.