Azərbaycanda meyvə sularının istehsalı yüksək səviyyədədir


Digərləri 31 Okt 2019 16:29:00 365 0

Azərbaycanda meyvə sularının istehsalı yüksək səviyyədədir

Azərbaycanda meyvə sularının istehsalı ümumi kənd təsərrüfatı istehsalının 40 faizini təşkil edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə, meyvə sularının istehsalı ənənəvi sahə olduğu üçün hər zaman yüksək səviyyədə olub.

O bildirib ki, 2017-ci ildə ölkədə 22 milyon litr meyvə suyu istehsal olunmuşdusa, ötən il bu göstərici daha 7 milyon litr artıb.