Qazıntı işlər zamanı kəmər zədələndi - Qaz kəsildi (FOTO)


Digərləri 31 Okt 2019 15:40:00 384 0

Qazıntı işlər zamanı kəmər zədələndi - Qaz kəsildi (FOTO)

246 abonentin qaz təchizatında fasilə yaranıb.

Bakı. Samir Əli - Zərdab rayonunun Çallı və Məlikumudlu kəndlərini təbii qazla təmin edən 160 mm diametrində polietilen yeraltı orta təzyiqli qaz kəmərini qazıntı aparan təşkilatın texnikası ilə zədələyiblər. Bu barədə Trend Azəriqaz İstehsalat Birliyinə istinadən xəbər verir. Bu səbəbdən 246 abonentin qaz təchizatında fasilə yaranıb.