Bakıda 2 avtobus toqquşdu:


Digərləri 31 Okt 2019 15:36:00 358 0

Bakıda 2 avtobus toqquşdu:

Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində xəsarət alan 7 nəfər xəstəxanada müayinə olunandan sonra ambulator müalicəyə buraxılıblar.

Xatırladaq ki, hadisə bu gün paytaxtın Sabunçu rayonu, Ramana yolunda baş verib.

49 və 106 saylı sərnişin avtobuslarının toqquşması nəticəsində 7 nəfər yaralanıb.