Zelenski niyə bu qədər yorğundur?


Dünya 31 Okt 2019 15:12:00 330 0

Zelenski niyə bu qədər yorğundur?

Ukrayna Prezidenti Vladimir Zelenskinin hakimiyyət başına keçəndən az sonra tez-tez yorğun görünməsi həmişə sual doğurub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Prezident ofisinin rəhbəri Andrey Boqdan məsələyə aydınlıq gətirərək bildirib ki, Ukrayna lideri neqativ informasiyalardan yorulub. 

"Mənfiliklərdən yaranmış yorğunluq... Çünki KİV-dən istifadə edərək bizə qarşı çox mənfi fikirlər səsləndirilir. O da bunu çox ağrılı şəkildə qəbul edir", - Boqdan bildirib.

Eyni zamanda, o, məlumatlar təhrif olunmuş şəkildə yayıldığına görə Zelenskiyə Feysbuk və digər sosial şəbəkələri oxumamağı tövsiyə etdiyini söyləyib.