"Dadaş müəllim düzünü deyir.."


Digərləri 31 Okt 2019 14:54:00 321 0

"Dadaş müəllim düzünü deyir.."

Etiraf edim ki, son zamanlar "İctimai" Televiziya haqda eşitdiyim fikirlər qeyri-təvazökar səslənsə də, məni çox sevindirir. Özümü təpədən-dırnağadək "ictimaiçi" hesab edirəm. Özüm də, adım da, fəaliyyətim də biləvasitə bu kanalla bağlıdır. Ona görə də sevinirəm ki, əziyyətimiz yerdə qalmır. Tamaşaçılar bunu hiss edir.

Bu sözləri axşam.az-a açıqlamasında İTV-nin Musiqi departamentinin rəhbəri, aparıcı Leyla Quliyeva deyib.

L.Quliyeva İTV-də başqa yeni layihələrin də başlayacağını deyib:

"Çoxsaylı digər layihələrimiz müzakirə mərhələsindədir. Özümün də fikirlərim var. Ancaq indi daha çox "Səs uşaqlar"a bağlıyam deyə, onu irəli çəkmişəm. Orijinal, lisenziyalı layihələrimiz çoxdur. Hazırda ən ümdə məsələ yığdığımız sürəti saxlamaq və irəli getməkdir".

Aparıcı ilk robot həmkarı, "3D" proqramını idarə edən Dadaş Dadaşlinskinin fikirlərinə görə, kanalın problem yaşamadığını bildirib: