Ağstafada iki nəfəri güllələyən şəxs KİM olub? - Qardaşoğlu saxlanılıdı


Digərləri 31 Okt 2019 14:53:00 267 0

Ağstafada iki nəfəri güllələyən şəxs KİM olub? - Qardaşoğlu saxlanılıdı

Ağstafa rayonunda silahlı insidenti törədən şəxsin kimliyi məlum olub.

Bakı. Samir Əli - Ağstafa rayonunda silahlı insidenti törədən şəxsin kimliyi məlum olub. Trend-in məlumatına görə, hadisəni törədən şəxs güllələnən Qabil Məmmədovun qardaşı oğlu Sərxan Məmmədovdur. S.Məmmədov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Hüquq-mühafizə orqanları hadisədə istifadə olunan ov silahını maddi sübut kimi götürüb. Xatırlaqdaq ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Kənd sakinləri 1968-ci il təvəllüdlü Məmmədov Qabil Ələsgər oğlu və 1959-cu il təvəllüdlü Əlləcov Yüsif Əsgər oğlu güllə yarası ilə xəstəxanaya yerləşdiriliblər. (adsgarden = window.adsgarden || []).push({}); Hadisənin hansı şəraitdə baş verdiyi müəyyənləşdirilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin