Evlənməyə hazırlaşan qızın faciəli ölümü FOTO


Dünya 31 Okt 2019 14:13:00 366 0

Evlənməyə hazırlaşan qızın faciəli ölümü  FOTO

İngiltərədə yaşayan 29 yaşlı talehsiz qadın macəranın qurbanı olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, Hanna Lov adlı ingilis qadın professional alpinist, həm də mühasib idi. Hanna və sevgilisi Adam Stanavay gəzinti üçün tez-tez dağa qalxırdılar. Gənc qadın bu yaşına kimi ailəsi və sevgilisi ilə birlikdə Birləşmiş Krallığın ən yüksək zirvələrini fəth edib.

Sonuncu dəfə dağa qalxarkən Hannanın sevgilisi və ailəsi də onlarla birlikdə olub. Gəzinti zamanı tək qalmaq istəyən sevgililər dağın zirvəzinə qalxıblar.

Səhəri gün sevgilisinin doğum günü idi. Cütlük həmin gündə evlənmək qərarı alıb. Lakin bu xəyal çox çəkməyib. Belə ki, bir anlıq diqqətsizlikdən Hanna dağdan yıxılaraq 20 metr aşağıdakı şəlaləyə çırpılıb.