Zaqatalada 3 uşaq atası yıxılıb öldü


Digərləri 31 Okt 2019 14:35:00 385 0

Zaqatalada 3 uşaq atası yıxılıb öldü

Zaqatala sakini bədbəxt hadisə nəticəsində ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında rayonun Mazıx kəndində baş verib.

Balakən rayonunun Katex kənd sakini, 1981-ci il təvəllüdlü Natiq Osmanov fərdi təsərrüfatda günəmuzd işçi kimi xurma yığarkən ağacdan yıxılıb.

Yaralı ev sahibi tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Məlumata görə, N.Osmanov 3 azyaşlı uşaq atasıdır.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.