Nazir: Bakalavr və magistr səviyyələrinə uyğun ixtisasların genişləndirilməsi üçün iş aparılır


Digərləri 31 Okt 2019 13:45:00 342 0

Nazir: Bakalavr və magistr səviyyələrinə uyğun ixtisasların genişləndirilməsi üçün iş aparılır

Hazırda Təhsil Nazirliyi bakalavr və magistr səviyyələrinə uyğun olan ixtisasların genişləndirilməsi istiqamətində iş aparır.

Bakı. İlhamə İsabalayeva - Hazırda Təhsil Nazirliyi bakalavr və magistr səviyyələrinə uyğun olan ixtisasların genişləndirilməsi istiqamətində iş aparır. Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən tələbənin bakalavr ixtisası ilə magistr ixtisası arasında uyğunluq olmalıdır: "Magistr təhsili bakalavr təhsilinin davamını təşkil edir. Hazırda bakalavr və magistr səviyyələrində nisbətən yaxın olan ixtisasların genişləndirilməsi istiqamətində Təhsil Nazirliyində işçi qrupu səviyyəsində işlər aparılır. İşlər yekunlaşdıqdan sonra hökumətə təkliflərimizi təqdim edəcyik". (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin