Son 9 ayda Bakı Limanında iri nəqliyyat vasitələrinin aşırılması 64 faiz artıb (FOTO)


Digərləri 31 Okt 2019 13:33:00 334 0

Son 9 ayda Bakı Limanında iri nəqliyyat vasitələrinin aşırılması 64 faiz artıb (FOTO)

Son 9 ayda Bakı Limanında iri nəqliyyat vasitələrinin aşırılması 64 faiz artıb

Bakı. 2019-cu ilin yanvar-sentyabr aylarında Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında ümumi yükaşırmanın həcmi 2018-ci ilin müvafiq dövrünə nisbətdə 7,1% artaraq 3,002.5 min ton olub və göstərilən bütün xidmətlər üzrə nəzərə çarpacaq artım qeydə alınıb. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən Trend-ə verilən məlumata görə, ümumi yükaşırmanın 85,3%-i (2,560.3 min ton) tranzit yükaşırmanın payına düşüb. Keçən ilin müvafiq dövrünə nisbətən iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) sayı 64% artaraq 24,790 ədəd olub. Belə ki, bunlardan 18,642 ədədi (75,2%) Bakı-Türkmənbaşı-Bakı, 6,148 ədədi isə (24,8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib. Konteynerlərin aşırılmasında 43,5% artım müşahidə olunub. Belə ki, 2019-cu ilin 9 ayı ərzində 24,305 ədəd konteyner (TEU ekvivalentində) aşırılıb (2018-ci ildə 16,940 TEU olub). Çin Xalq Respublikasından gələn konteynerlərin sayı isə 90% artaraq 2,610 ədəd təşkil edib.