Bu rayonlarda qazın verilişi dayandırılacaq


Digərləri 31 Okt 2019 13:10:00 314 0

Bu rayonlarda qazın verilişi dayandırılacaq

Biləsuvar, Ağstafa və Qax rayonlarında qazın təchizatında fasilələr müşahidə olunur.

Bakı. Samir Əli - Biləsuvar, Ağstafa və Qax rayonlarında qazın təchizatında fasilələr müşahidə olunur. “Azəriqaz”dan Trend-ə verilən məlumata görə, Biləsuvar, Ağstafa və Qax rayonlarının ərazisində qaz xətti üzərində quraşdırılmış qurğuların yeri dəyişdirilir, yeni qaz tənzimləyicisi quraşdırılır, aşkarlanan qaz sızmaları aradan qaldırılır. Bununla bağlı təmir işlərinin aparılmasına şərait yaradılması məqsədilə qeyd edilən rayonların bir hissəsində qaz təchizatında fasilələr müşahidə ediləcək.