Nazir: "Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın"


Digərləri 31 Okt 2019 13:00:00 367 0

Nazir: "Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın"

Restoranlarda nərə balığı adı ilə insanlara başqa ətin satılması halları mövcuddur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın:

"O qədər nərə balığı yoxdur. Biz yediyimiz məhsula ehtiyatla yanaşmalıyıq. Digər ətin nərə balığı adı ilə verilməsi var. Vətəndaşlar bu məsələdə ehtiyatlı olmalıdır".