Azərbaycanda ilk:


Digərləri 31 Okt 2019 12:28:00 237 0

Azərbaycanda ilk:

Azərbaycanda ekoturizmin inkişaf etdirilməsi məqsədilə xüsusi mühafizə olunan ərazilərin genişləndirilməsi çərçivəsində Qızılağac Milli Parkı yaradılıb, həmçinin Zaqatala-Balakən regionunda ölkədə ilk biosfer qoruğun yaradılması və turizm potensialı olan ərazilərdə ekoturizmin inkişaf etdirilməsi istiqamətində işlər aparılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Milli Parklara bu ilin 9 ayı ərzində 82 680 nəfər səfər edib: "Sevindirici haldır ki, əvvəlki illərdə yalnız Göygöl Milli Parkına turist axını qeydə alınırdısa, 2019-cu ildə digər milli parklara səfər edən turist sayı orta hesabla 3 dəfəyədək artıb. Milli Parklarda 111 turizm marşrutu yaradılıb, beynəlxalq ekspertlərin iştirakı ilə "Milli parklarda ekoturizmin davamlı inkişafına dair" 2020-2023-cü illər üzrə Fəaliyyət Planının işlənilməsinə başlanılıb".

M.Babayev vurğulayıb ki, Heydər Əliyev Fondunun və IDEA ictimai birliyinin dəstəyi ilə 12 baş Avropa bizonu Azərbaycan təbiətinə buraxılıb: