Polietilen torbaların dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib


Digərləri 31 Okt 2019 11:46:00 203 0

Polietilen torbaların dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib

Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı icra olunur.

Bakı. Elçin Mehdiyev - Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı icra olunur. Geniş istifadə olunan plastik torbalardan istifadənin mərhələli şəkildə məhdudlaşdırılması və alternativ materiallardan istifadənin genişləndirilməsi üçün tədbirlər görülür. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib. Nazir vurğulayıb ki, Azərbaycanda yüngül çəkili polietilen torbaların dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. (adsgarden = window.adsgarden || []).push({}); Onun sözlərinə görə, qalınlığı 15-50 mikron olan polietilen torbaların ödənişli olması ilə bağlı sənəd layihəsi isə razılaşdırma mərhələsindədir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin