Birinci vitseprezident Mehriban Əliyeva Bakının UNESCOnun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib FOTO


Siyasət 31 Okt 2019 11:38:00 272 0

Birinci vitseprezident Mehriban Əliyeva Bakının UNESCOnun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib  FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Bakı şəhərinin 31 oktyabr - Dünya Şəhərlər Günündə "dizayn" tematikası üzrə UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilməsi ilə əlaqədar paylaşım edib.

Son.az Trend-ə istinadən bildirir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir:

"Təkrarsız tarixi siması qorunaraq müasir memarlıq inciləri ilə daim gözəlləşən Bakı şəhəri 31 oktyabr - Dünya Şəhərlər Günündə "dizayn" tematikası üzrə UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilib. Paytaxtımızın tarixi üçün əlamətdar olan bu hadisə münasibətilə həmvətənlərimi təbrik edirəm, ölkəmizin bütün şəhərlərinə sülh, inkişaf, tərəqqi, mehriban, qonaqpərvər sakinlərinə isə xoşbəxtlik və firavanlıq arzulayıram!"