Elmar Məmmədyarov Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb


Digərləri 31 Okt 2019 09:25:43 228 0

Elmar Məmmədyarov Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Bakı. Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, T.Klaar Azərbaycanın Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi etməsinə görə təbriklərini çatdırıb. Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakı Zirvəsinin yekun sənədində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş müddəanın əhəmiyyətini vurğulayaraq, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin, ərazilərimizin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyinin tanınmaması və iqtisadi fəaliyyət də daxil olmaqla bu durumun saxlanılmasına hər hansı dəstəyin göstərilməməsi mövqeyinin 120 dövlət, yəni, beynəlxalq ictimaiyyətin üçdə ikisi tərəfindən dəstəkləndiyini qeyd edib. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı durumu barədə qarşı tərəfə məlumat verib. E.Məmmədyarov münaqişənin beynəlxalq ictimaiyyətin tələbinə uyğun olaraq, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həll olunmasının vacibliyini qeyd edib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin