Rəqəmli transformasiya sahəsində xərclər 2,3 trilyon dollara çatacaq


Digərləri 31 Okt 2019 08:59:00 332 0

Rəqəmli transformasiya sahəsində xərclər 2,3 trilyon dollara çatacaq

"International Data Corporation" (IDC) şirkəti yaxın illərdə müəssisə, təşkilat və biznes prosesləri üçün rəqəmli transformasiya sahəsində xərclərin davamlı artacağını proqnozlaşdırır.

Son.az ictnews.az-a istinadən bildirir ki, söhbət rəqəmli transformasiyanı təmin edən müxtəlif texnologiya və servislər üçün xərclərdən gedir.

2019-2023-cü illər ərzində sahədə "CAGR" göstəricisinin (mürəkkəb faizlərdə ortaillik artım tempi) 17,1 faiz təşkil edəcəyi gözlənilir. Nəticədə 2023-cü ildə xərclər 2,3 trilyon dollara çatacaq.

Analitiklər qeyd edir ki, 2019-cu ildə rəqəmli transformasiyaya maliyyə qoyuluşları baxımından ən böyük region 34,3 faiz payla ABŞ olaraq qalacaq. Başqa sözlə, ümumi xərclərin üçdə bir hissəsi bu ölkənin payına düşəcək.

İkinci yeri 20,2 faiz göstərici ilə Qərbi Avropa, üçüncünü isə Çin (18,5 faiz) tutacaq. Analitiklərin fikrincə, Çin 2023-cü ildə ikinci pilləyə yüksələcək.

(adsgarden = window.adsgarden || []).push({});