Çində kriptovalyuta haqqında qanun qəbul edilib


Digərləri 31 Okt 2019 07:51:00 303 0

Çində kriptovalyuta haqqında qanun qəbul edilib

Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsi 1 yanvar 2020-ci il tarixində qüvvəyə minəcək kriptoqrafiya haqqında qanun qəbul edib. Bu hadisə Çinin prezidenti Si Tszinpinin blokçeyn texnologiyasının imkanlarından faydalanmağa çağırışından bir gün sonra baş verib.

Son.az ictnews.az-a istinadən bildirir ki, Çin hələ ki ticarətdə kripto valyutadan istifadəni qadağan edib və öz rəqəmli valyutasını təqdim etməyi planlaşdırır. Lakin blokçeyn texnologiyasının ayrılmaz bir hissəsi olan kriptovalyuta ölkənin kriptovalyuta bazarında rəqabət qabiliyyətinin artırılmasında böyük rol oynaya bilər.

Yeni qanun kommersiya yönümlü kriptoqrafiyadan istifadə hallarında ortaya çıxan tənzimləyici və hüquqi problemlərin həllinə yönəlib, çünki onlar Çin iqtisadiyyatının inkişafında getdikcə daha böyük rol oynayır.

Qanuna görə, hakimiyyət kriptoqrafik standartlara nəzarət edəcək. Həmçinin sözügedən qanun Çin hökumətinə, şirkətlərinə və şəxslərinə zərər verə biləcək məlumat itkilərinin qarşısını almaq üçün qəbul edilib.

(adsgarden = window.adsgarden || []).push({});