Yeni qurğu kosmosda plastik tullantıları xammala çevirəcək


Digərləri 31 Okt 2019 07:21:00 257 0

Yeni qurğu kosmosda plastik tullantıları xammala çevirəcək

"Additive Manufacturing Facility" şirkəti Beynəlxalq Kosmik Stansiya üçün xüsusi aparat istifadəyə verib. Qurğunun başlıca vəzifəsi plastik tullantı və zibilin stansiyanın göyərtəsində quraşdırılan üçölçülü printer üçün xammala çevrilməsi olacaq.

Son.az ictnews.az-a istinadən bildirir ki, aparat yaradıcılarının sözlərinə görə, belə texnologiyalar bəşəriyyətə kosmosu mənimsəməkdə kömək etməklə Yer kürəsi resurslarından asılı olmayan dayanıqlı istehsal sistemləri yaratmağa imkan verəcək. Bu, həmçinin Yerdən gətirilən faydalı yüklərin çəkisinin azalmasına səbəb olacaq.

Göyərtəsində yeni qurğunun quraşdırıldığı "Northrop Grunman Cygnus" kosmik gəmisinin noyabrın 2-də orbitə çıxacağı gözlənilir.

(adsgarden = window.adsgarden || []).push({});