Belçikada dələduzluğun yeni növü aşkarlanıb


Digərləri 30 Okt 2019 23:34:00 209 0

Belçikada dələduzluğun yeni növü aşkarlanıb

Bu günlərdə Belçikanın Gent şəhərinin sakini polisə onun bank hesabından 750 avronun yoxa çıxması barədə şikayətlə müraciət edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, həmin şəxsin internet vasitəsilə velosiped üçün 10 avro məbləğində istifadədə olmuş dəbilqəni satmağa cəhd etdiyi zaman baş verib. Anonim onlayn müştəri maraq göstərərək, satıcıdan bank xəttinin yararlığını simvolik olaraq 5 avrosenti test köçürməsi yolu ilə yoxlamağı xahiş edib. O, bu məqsədlə satıcıdan linkə daxil olmasını istəyib. Əslində isə bu, dələduza hesablama qurğusu vasitəsilə 6 rəqəmli kodla birdəfəlik ötürməni yerinə yetirməyə şərait yaradıb. Saxta alıcı, təbii ki, satıcıya 5 avrosentin köçürülməsinin alınmadığı barədə xəbər verib, lakin, eyni zamanda, istifadə olunmayan koddan qurbanının hesabından dərhal 750 avronu əlbir olduğu adamların ofşor ölkələrdə yerləşən yalançı bank hesabına ötürmək fürsətindən yararlanıb.

Polis bank hesabı sahiblərini məxfi məlumatların istifadəsində daha diqqətli olmağa çağırır.

(adsgarden = window.adsgarden || []).push({});