Soyuq aylarda gözlərdə yaranan problemlər: allergiya, sulanma, göz xərçənginin səbəbləri Uzman oftalmoloqla MÜSAHİBƏ


Digərləri 30 Okt 2019 23:24:00 284 0

Soyuq aylarda gözlərdə yaranan problemlər: allergiya, sulanma, göz xərçənginin səbəbləri  Uzman oftalmoloqla MÜSAHİBƏ

Payız-qış mövsümünün gəlməsi ilə əlaqədar olaraq bir sıra xəstəliklər, o cümlədən müxtəlif göz xəstəlikləri çoxalmağa başlayır. Bundan əlavə hamiləlik zamanı gözdə baş verən dəyişikliklər ən çox maraq doğuran suallardandır. Sonzamanlar xərçəngin bütün növləri kimi göz xərçənginin də yayılmasında artım müşahidə olunur.

Son.az bildirir ki, göz xəstəlikləri üzrə Türkiyənin uzman doktoru Azmiye Altınışık medicina.az-ın suallarını cavablandırıb və maraqlı mövzulara toxunub. Həmin müsahibəni təqdim edirik:

- Havaların soyuması, payız-qış mövsümünün gəlməsi gözümüzə necə təsir edir? Xəstələr ən çox hansı problemlərdən müraciət edir?

- Payız-qış aylarında küləkli hava səbəbindən göz quruluğu şikayətləri çoxalır. Çünki bu göz yaşı çox buxarlandığı üçün gözlərimiz çox asanlıqla sulanır. Nə qədər qəribə səslənsə də bu sulanma göz quruduğu üçün baş verir. Nəzərinizə çatdırım ki, bizim gözlərimiz nəmlidir. Göz quruluğu və ya göz yaşı yetməzliyi olan şəxslərin gözləri asanlıqla sulanır.

Xüsusilə qış mövsümündə qrip infeksiaları artır və gözə də təsir edir. Qrip infeksiyaları zamanı maksimum ehtiyatlı olmağımız lazımdır. Qidalanmağımıza fikir verməli, insan sıx olan ərazilərdən uzaq durmalıyıq. Metro, kinoteatr, ticarət mərkəzləri və s. kimi insanların çoxluq təşkil etdiyi yerlərdə diqqətli olmaq lazımdır. Bədəni çox yormamaq, dincəlmək lazımdır.

Bundan başqa əgər gözdə mövsümi allergiyalar varsa, bu narahatılıqlar özünü göstərir. İnsanlar gözdə daha çox yaz fəslində allergiya olduğundan xəbərdardır. Lakin qış aylarında da gözdə allergiyalar baş qaldırır. Xüsusilə immunitet zəiflədiyi zaman bütün xəstəliklər kimi göz xəstəlikləri də özünü qabarıq göstərir. Uveit, blefarit, göz qapağında yağlanma, meibomit, itdirsəyi və s. xəstəliklər immunitetin aşağı düşməsi ilə birlikdə yaranan xəstəliklərdir.

- Bununla əlaqəli ilk olaraq nə etməli, gözü yad təsirlərdən necə qorumalıyıq?

- Adətən insanlar gün eynəyinin yalnız günəş üçün istifadə edildiyini zənn edir. Lakin qış aylarında gözləri küləkdən, soyuqdan qorumaq üçün eynək istifadə etmək lazımdır. Bundan əlavə gözünə bir yad cisim qaçdığı zaman qətiyyən onları ovxalamaq olmaz. Çünki əllərimizdə olan mikroblar asanlıqla gözə keçir. Belə hallarda gözümüzü bir fincan təmiz suyun içərisinə salaraq açıb-qapayıb, yad cismi çıxarmaq lazımdır. Əgər bundan sonra da gözdə batma hissə davam edirsə, ləngimədən ən yaxında olan göz həkiminə müraciət etmək lazımdır.

Əməliyyat heç də həmişə müsbət nəticə vermir.

- Çəpgözlük əsasən nə zaman rastlanır və yaranma səbəbi nələrdir? Başqa hansı xəstəliklərə səbəb olur?

- Çəpgözlük hər yaşda müşahidə olunan haldır. Ən çox uşaqlarda rast gəlinir. Əgər iki göz eyni anda paralel baxmırsa, əyri baxan gözdə görmə inkişafdan qalır. Çəpgözlüyün aşkarlanması ilk altı yaşda çox önəmlidir. Çünki görmə bu yaş dövründə inkişaf edib irəliləyir. Bu zaman aşkarlanan çəpgözlük mütləq şəkildə müalicə olunmalıdır. Belə hallarda biz öncəliklə görməni artırmağa çalışırıq, eynək müalicəsi tətbiq edirik, daha sonra lazım olduqda əməliyyat planlaşdırılır.

Sonradan ortaya çıxan çəpgözlüklərdə isə gözün artıq inkişafı tamamlandığı üçüncüt görmə halı baş verir. Yəni, paralellik pozulduğu üçün xəstələrdə ikili görmə şikayətləri çoxalır. Hətta xəstələr bizə bir gözünü bağlayaraq müraciət edirlər. Xüsusilə beyinlə əlaqəli xəstəliklər, şəkər, yüksək təziq kimi xəstəliyi olan şəxslərdə paralelliyə bağlı sonradan yaranan çəpgözlük ortaya çıxa bilər. Belə şəxslərdə bir il gözləmək lazımdır. Bu müddətdə əgər sinirdə bir yaxşılaşma yoxdursa, əməliyyat planlaşdırıla bilər.

Qeyd edim ki, eynəklə düzələn və düzəlməyən çəpgözlük var. Eynəklə düzələn çəpliyi qətiyyən əməliyyat etmək olmaz. Adətən, ailələr uşaqlarını eynəkdən azad olmasını istəyirlər. Əməliyyat yolu ilə eynəkdən birdəfəlik qurtulmaq istəyirlər. Lakin heç də həmişə əməliyyat müsbət nəticə vermir. Misal üçün, içəri doğru çəpliyi olan uşaq əməliyyat olunarsa, daha sonra çölə doğru çəpliyi yarana bilər.

- Son zamanlar çox yayılan lazer əməliyyatı haqda hələ də fərqli fikirlər var. Hər kəsi lazer əməliyyatı etmək olarmı? Bu əməliyyatın mənfi təsirləri nə qədərdir?

- Lazer əməliyyatı etdirmək istəyən şəxsin yaşı 18-i tamamlanmış olmalıdır. 18 yaşı tamam olduqdan sonra da son 2 ildə eynək nömrəsində dəyişiklik olmadığını yoxlamaq lazımdır. Çünki gözdə zəiflik 24 yaşa qədər davam edə bilər. Ona görə də hələ görmə zəfliyi stabil omayanları əməliyyat etmək üçün qətiyyən tələsmək olmaz. Bu əməliyyat daha çox xəstələrin istəyinə bağlı bir əməliyyatdır. Uzun müddətdir eynək taxan, taxmaqdan yorulan şəxslər çox müraciət edirlər. Burada nəzərə alınmalıdır ki, həmin şəxsin şəkər, otto immun, hətta göz xəstəliyi olmamış olsun. Sağlıqlı gözə , əgər buynuz qişa qalınlığı və retinası normaldırsa, bu əməliyyat rahatlıqla edilə bilər. Qeyd edim ki, heç bir əməliyyat 100 faiz təminatlı deyil. Heç bir halda bu əməliyyata yüz faiz arantı verilir demək doğru deyil. Hər əməliyyatın infeksiyaları, bulanıqlığı və s. riks ehtimalları ola bilər. Ən bəsit ehtimal olsa belə, xəstəyə bu məlumatlar əməliyyatdan öncə verilməlidir. Təəssüflə deyim ki, eynək taxmaq indi psixoloji tərəfdən yük halına çevrilib. Ona görə də hər kəs əməliyyat olub, ondan xilas olmaq istəyir.

- Davamlı kompüter başında işləyənlər gözlərini necə qorusun? Onların qoruyucu eynək taxmaları gərəkdirmi? Bu eynəkləri həkim təyin etməlidir, ya necə?

(adsgarden = window.adsgarden || []).push({});