Avropada "GaiaX" adlı yerli bulud şəbəkəsi yaradılacaq


Digərləri 30 Okt 2019 22:57:00 68 0

Avropada "GaiaX" adlı yerli bulud şəbəkəsi yaradılacaq

Müasir dövrdə informasiya texnologiyaları inkişaf etdikcə bulud sistemlərinin əhəmiyyəti artır. Həssas məlumatların bu sistemlərə yüklənməsi həmin sistemləri təklif edən şirkətləri seçərkən də diqqətli olmağı tələb edir. Dünyada bulud şəbəkələri üzrə provayderlərin əksəriyyətinin ABŞ və Çin mənşəli olması son dövrlərdə Avropada yerli bulud şəbəkəsinin yaradılması məsələsini aktuallaşdırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Avropanın əksər ölkələri, xüsusilə də Fransa və Almaniya belə bir şəbəkənin yaradılmasında maraqlıdır. "Gaia-X" adlanan layihə gələn ilin yazında təsis edilməli və provayderlərin fəaliyyətinə həmin ilin sonunda start verilməlidir. Avstriyanın Federal İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir ki, bu layihənin məqsədi Avropa ölkələri, şirkətlər və vətəndaşlar üçün Avropa informasiya infrastrukturunun növbəti nəslini inkişaf etdirməkdən ibarətdir.

Mütəxəssislər hesab edirlər ki, bu mühüm texnologiyanın qeyri-Avropa provayderlərinin dominantlığında olması uzunmüddətli dövrdə Avropa şirkətlərinə zərbə vura bilər. Hazırda dünyada getdikcə populyarlaşan bulud sistemləri üzrə bazar əsasən ABŞ-ın iki nəhəng şirkəti - Amazon və Microsoft arasında bölünüb.

Məlumatların gələcəyin əsas "xammalı" olacağını nəzərə alaraq, bir sıra Avropa dövlətləri mövcud narahatlığı konkret nəticəyə çevirməkdə maraqlıdırlar. Süni intellekt və məlumatların analizi kimi sahələrdə əvəzedilməz rola malik bulud texnologiyalarına tələbat daim artmaqdadır. Buna görə də güclü, rəqabət qabiliyyətli, təhlükəsiz və etibarlı məlumat infrastrukturunun yaradılması günün tələbi kimi dəyərləndirilir.

(adsgarden = window.adsgarden || []).push({});
Xoşbəxtliyimizin 90 faizi bağırsaqlardan asılıdır  DİQQƏT! like
  • 30 Okt 22:51  
Digərləri Xoşbəxtliyimizin 90 faizi bağırsaqlardan asılıdır DİQQƏT!

Serotoninin olmaması enerji, yorğunluq, tükənmə, depresiya və narahatlıq

arrow Ətraflı
Gicitkan çayının 5 faydası  Bitki çaylarının ÇEMPİONU like
  • 30 Okt 22:35  
Digərləri Gicitkan çayının 5 faydası Bitki çaylarının ÇEMPİONU

Gicitkan xalq təbabətində öndə gedən bitkilərdən biridir.

arrow Ətraflı
Təyyarə qəzasında ölən futbolçunun adı stadiona verildi like
  • 30 Okt 22:30  
Digərləri Təyyarə qəzasında ölən futbolçunun adı stadiona verildi

Argentinanın “San Martin Proqreso” klubu təyyarə qəzasında dünyasını

arrow Ətraflı
Bakıda silsilə oğurluqlar edən ruhi xəstə saxlanılıb like
  • 30 Okt 22:30  
Kriminal Bakıda silsilə oğurluqlar edən ruhi xəstə saxlanılıb

Bakıda silsilə oğurluqlar edən ruhi xəstə saxlanılıb.

arrow Ətraflı
Soyuqdəymə zamanı içdiyimiz bu dərmanlar heç bir effekt vermir  Əksinə ziyan vurur like
  • 30 Okt 22:25  
Digərləri Soyuqdəymə zamanı içdiyimiz bu dərmanlar heç bir effekt vermir Əksinə ziyan vurur

Soyuq fəsillərdə soyuqdəymə halları kəskin artır. İnsanlar soyuqdəymə

arrow Ətraflı
34 ildir eyni polietilen paketdən istifadə edir  FOTO like
  • 30 Okt 22:20  
Digərləri 34 ildir eyni polietilen paketdən istifadə edir FOTO

72 yaşlı Martin Makkaski 34 ildir ki, eyni polietilen paketdən istifadə edir

arrow Ətraflı
Bakıda silsilə oğurluqlar edən ruhi xəstə saxlanılıb like
  • 30 Okt 22:15  
Digərləri Bakıda silsilə oğurluqlar edən ruhi xəstə saxlanılıb

Bakıda silsilə oğurluqlar edən ruhi xəstə saxlanılıb.

arrow Ətraflı