Üz masajı ilə plastikanı əvəzləyin


Digərləri 30 Okt 2019 23:03:00 247 0

Üz masajı ilə plastikanı əvəzləyin

Masaj zamanı dərinin qan dövranı və maddələr mübadiləsi yaxşılaşır, dəri dartılır, cavanlaşır, sağlam və təravətli çalarlıq alır.

Son.az medicina.az-a istinadən bildirir ki, üz masajı, üz dərisi hətta həssas olduqda da aparıla bilər. Masaj həkim-kosmetoloq tərəfindən üz dərisi qocalmağa başlayan qadınlara (30 yaşından sonra) təyin edilir. Masaj texnikasının düzgün şəkildə yerinə yetirilməməsi, dərinin qocalması prosesini gücləndirərək mövcud olan qırışları da artıra bilər.

Üz masajı üçün əks göstərişlər

-irinli səpgilər

-üz damarların genişlənməsi

-üzün tüklənməsi, yanıqlar

-çatlar

Dərinin cavanlığını qaytaran təsirli vasitələrdən biri də üz əzələləri üçün olan xüsusi gimnastik hərəkətlərdir. Onu da yalnız tələbat yarandığı halda yerinə yetirmək lazımdır.

Masaj hərəkətlərinə başlamazdan qabaq üz dərisini yaxşı təmizləmək lazımdır. Dəri çox qurudursa və hərəkətlərin yerinə yetirilməsi diskomfort yaradırsa, gimnastik hərəkətdən qabaq təmizlənmiş üzə az miqdarda krem və ya bitki yağı sürtmək olar. Hərəkətlər kompleksi başa çatdıqdan sonra dəri təkrar olaraq təmizlənməli və üzərinə qidalandırıcı krem və ya maska çəkilməlidir.

Masaj edərkən mütləq iri güzgü önündə dik oturmuş vəziyyətində olun.

Ağız və çənə nahiyələrinin möhkəmləndirilməsi və dodaq bucaqlarının qaldırılması üçün masaj:

(adsgarden = window.adsgarden || []).push({});