Çobanlar İŞİDin xəzinəsini tapdılar


Digərləri 30 Okt 2019 22:53:00 236 0

Çobanlar İŞİDin xəzinəsini tapdılar

İraq çobanları səhrada İŞİD terror təşkilatının xəzinəsini aşkar ediblər.

Son.az xəbər verir ki, "Mirror" nəşrinin yazdığına görə, bu haqda İŞİD-in öldürülmüş başçısı Əbubəkr Əl-Bağdadinin ən yaxın silahdaşlarından biri olan Məhəmməd Əli Sajet bildirib.

Onun sözlərinə görə, gizli yerdə ümumi dəyəri 25,7 milyon ABŞ dollar olan pul, qızıl və gümüş saxlanılırdı. Sajet iddia edir ki, yerin planının olmasına baxmayaraq, İŞİD-çilər gizli yeri itiriblər, amma sonra onu çobanlar tapıblar.

"Al Arabiya" telekanalı bildirib ki, Sajet Bağdadinin Suriyanın İdlib vilayətində hərbi əməliyyatın gedişatında öldürülməsindən sonra İraq kəşfiyyatı tərəfindən tutulub. Sajet kanala verdiyi müsahibədə bu xəzinədən danışıb və dəqiqləşdirib ki, onu İraqın Anbar əyalətinin səhrasında tapıblar.

(adsgarden = window.adsgarden || []).push({});