Dizdə duzlaşma niyə baş verir? Müalicəsi varmı?


Digərləri 30 Okt 2019 22:55:00 499 0

Dizdə duzlaşma niyə baş verir?  Müalicəsi varmı?

Qonartroz və ya diz oynağı duzlaşması qığırdağın parlaq və hamar səthinin pozulması və buna bağlı oynaq funksiyasının tədricən itirilməsidir. Duzlaşmada qığırdaq yeyilməsi ilə bərabər menisklərdə yırtıqlar, oynaq ətrafında sümük çıxıntılar əmələ gəlir. Duzlaşan dizdə ağrı başlayır.Zaman keçdikcə oynaq hərəkəti məhdudlaşır və aşağı ətraflar əyilməyə başlayır.

Duzlaşma zamanı ağrılar əvvəlcə uzun müddət ayaq üstündə durduqda , yerimə sonrası  yaranır. İstirahət etdikdən və ya bəsit ağrıkəsici qəbulu sonrası keçir. Zamanla ağrı daha qısa hərəkətlərdə yaranır və daha uzun çəkir.Bəsit ağrıkəsicilər təsir etməməyə başlayır.Xəstəlik ağırlaşdıqca ağrı davamlı olur və heç bir dərmanla keçmir.  Ağrıyla birlikdə xəstələrin həyat standartları düşməyə başlayır. Öncə xəstələr uzun yürüyüşləri azaldırlar. Daha sonra alış-verişə çıxmaq və ya dost ziyarəti çətinləşir. Ən ağır vəziyyətdə xəstə öz günlük ehtiyaclarını belə etməkdə çətinlik çəkir.

Son.az medicina.az-a istinadən ortoped-travmatoloq Rəşad Zeynalovun dizlərdə qonartrozun yaranması və müalicəsi ilə bağlı məsləhətlərini təqdim edir.

Diz oynağında duzlaşma diz qapağı altında , əsas oynaqda (bud və qamış sümüyü arasındakı oynaq) və ya hər ikisində ola bilər. Diz qapağı altındakı duzlaşmalarda xəstə düz yol yeriyərkən çox çətinlik çəkmədiyi halda, pilləkənləri çıxıb-düşərkən, oturub-çöməlib qalxarkən ciddi ağrılar yaranır.Əsas oynaqda duzlaşma zamanı ağrı daha çox ayaqda durduqda və ya yeriyərkən olur.

Duzlaşma proqressiv bir xəstəlikdir. Şikayətlər ara bir azalsa da illər içində xəstəlik  getdikcə ağırlaşır.

Duzlaşma diaqnozu şikayətləriniz, fiziki müayinə və  ayaq üstündə çəkilən rentgenlər yardımıyla həkiminiz tərəfindən qoyulur. Başlanğıc  dönəmlərdə MRT də kömək edə bilər.Xəstələrin şikayətləri ilə rentgen görüntüləri hər zaman üst-üstə düşməyə bilər. Bəzən rentgen görüntüləri pis olan xəstənin ağrıları az ikən, çox şiddətli ağrıları olanların rentgenləri yaxşı görünə bilər.

Duzlaşmada Müalicə

Duzlaşmada müalicə xəstənin radioloji  görüntülərinə görə deyil, şikayətlərinə görə aparılmalıdır. Xəstənin ağrısını keçirən və həyat standartını yüksəldən ən bəsit müalicə doğru müalicədir.

Başlıca tətbiq edilən müalicələr:

1.Arıqlamaq

Xəstənin arıqlaması dizə düşən yükləri azaltdığı üçün həm xəstəliyin irəliləməsini azaldır, həm də tətbiq edilən müalicə metodlarının effektini artırır. Arıqlamağın bir diyetiloq kontrolunda həyata keçirilməsi məsləhət görülür.Tətbiq edilən diyetlərdə uzun zaman içində yavaş-yavaş arıqlamaq uyğun görülür. Yaddan çıxarmayın, ayda 1 kilo arıqlamaqla 2 ildə 20 kilo verə bilərsiniz.Duzlaşma kimi uzun dönəmli bir xəstəlikdə buna yetərli qədər zamanınız vardır.65 yaş üstündə teorik olaraq diyet məsləhət görülmür.Ancaq ciddi tibbi kontrol altında yavaş arıqlama diyetləri istifadə edilə bilər.

2.Müalicəvi ginastika və yerimə

Dizdə duzlaşma olan xəstələr yürüyüşə çıxa bilər.Bu mövzuda bəzi həkimlər yürüyüşü qadağan etdiyi halda, bəziləri də məsləhət görür və xəstələr çaşbaş qalır. Burada ən önəmli xüsusiyyət ağrıdır.Yerimə əsnasında və sonrasında ağrı əmələ gətirməyən məsafələr qədər hər gün yeriyə bilərsiniz.Ağrınız olursa əsla inad etməyin.

Əgər idmanla məşğul olmaq istəyirsinizsə və yürüyüş zamanı ağrılar buna əngəl törədirsə salon velosipedləri çox effektiv gimnastika alətidir. Salon velosipedini seçərkən klassik velosipeddən  fərqli olaraq pedalı öndə olanını seçin. Bu velosiped daha yaşlı xəstələr üçün əlverişlidir və eyni zamanda bel problemləri  əmələ gəlmə ehtimalını azaldır.

3. Ağrıkəsici dərman müalicəsi

Ağrıkəsicilər dərman olaraq ilk tərcihdir. Parasetamol, aspirin kimi ağrıkəsicilər başlanğıcda çox effektiv olur. İƏQS  dərmanlar düzgün tərcihdir və çox vaxtı xəstənin ağrısını kontrol altına alır. Ancaq bu dərmanların mədə üzərindəki yan təsirləri uzun müddətli istifadəsini əngəlləyir.

4. Kurort və isti tətbiqi

Dizdə şişmə yoxdursa duzlaşma olan xəstələr istisu, naftalan və isti tətbiqi kimi müalicələrdən fayda görə bilərlər. Dizdə ödem-şişkinlik varsa, və ya xəstə yanaşı ürək-damar , təzyiq xəstəliyindən əziyyət çəkirsə istisu, naftalan və isti tətbiqi kimi müalicələr tövsiyyə edilmir. Bunu əvvəlcə həkiminizlə məsləhətləşin.

5. Qlükozamin və Xondroitin preparatları

Qlükozamin və Xondroitin preparatları  Son vaxtlarda qığırdaq yeyilməsinə bağlı oynaq problemlərində, yeni cərrahi texnikalarla birlikdə diyet  populyar hala gəlmişdir. Qlukozamin təbii olaraq orqanizmdə var və oynaq qığırdağının xarakterini müəyyən edir və sağalmasını tənzimləyir.Xondroitin sulfat da orqanizmdə var olan və qığırdan əmələ gəlməsini blokada edən fermentləri azaldan bir maddədir.Bu maddələrin heyvanlardan əldə edilən preparatları geniş olaraq istifadə edilməyə başlanmışdır.

İnsanlar bunları duzlaşmaya bağlı şikayətləri azaltmaq üçün illərdir istifadə edir. Ağrını azaltmaqda və qığırdaq sağalması üzərində yararlı effekti müşahidə edildiyinə baxmayaraq, bu mövzuda kifayət qədər  elmi araşdırma yoxdur. Ayrıca satılan preparatların çoxunun içində kifayət qədər maddə olmadığı da bir həqiqətdir.

6. Oynaq içi sürüşkənliyi artıran maddə inyeksiyası

Bu metod diz oynağı boşluğuna  hialuron turşusu preparatlarının yeridilməsindən ibarətdir. Hialuron turşusu təbii olaraq oynaq mayesinin komponentlərindən biridir.Bu maddə oynaq səthini əmələ gətirən qığırdaqların bir-biri üzərində sürüşməsi və oynağa yük düşməsi əsnasında şok absorbsiyası funksiyasını yerinə yetirir.Hialuron turşusu preparatlarının oynaq içində qığırdaq əmələ gəlməsini artırdığı iddia edilir.Amma bu mövzudə ciddi sübutlar yoxdur.Duzlaşmada diz içində bu maddə normal sıxlığından aşağı səviyyələrə düşür.Bu mayenin oynağa inyeksiyası duzlaşmada bir müalicə seçənəyidir.

(adsgarden = window.adsgarden || []).push({});