Gicitkan çayının 5 faydası Bitki çaylarının ÇEMPİONU


Digərləri 30 Okt 2019 22:35:00 362 0

Gicitkan çayının 5 faydası  Bitki çaylarının ÇEMPİONU

Gicitkan xalq təbabətində öndə gedən bitkilərdən biridir.

Onun çayı bir çox sağlamlıq problemlərində əvəzsizdir, amma faydalı olduğu qədər də zərərli ola bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, allergiya, böyrək problemi, sidik yolları infeksiyaları xəstələri üçün bu çay dərmandır.

Gicitkan A, C, K, vitamini, kalium, dəmir, maqniylə  zəngindir. 

Çayında yüksək dərəcədə beta-karotin olduğu üçün gözlərin sağlamlığını artırır.

Antioksidant təsiri ilə xərçəng və iltihab əleyhinə effektivdir. Gicitkan yarpaqları sidikqovucudur, orqanizmdən ağır metal, zərərli toksinləri çıxarır.

Qanı təmizləyir, böyrəkləri aktivləşdirir. 

Eləcə də bu çay antiallergendir. Sanki antihistamin dərman kimi təsir edərək, allergik reaksiyaları söndürür. Toz və çiçək allergiyası, rinitlərdə qaşınma və asqırmanı azaldır. 

(adsgarden = window.adsgarden || []).push({});