Borcu çox olan insan təhlükəli xəstəlik ərəfəsindədir Maraqlı ARAŞDIRMA


Digərləri 30 Okt 2019 22:44:00 299 0

Borcu çox olan insan təhlükəli xəstəlik ərəfəsindədir  Maraqlı ARAŞDIRMA

İnsanın öz maliyyə məsələlərinə nəzarətini itirməsi, qazanmaq qabiliyyətinin aşağı düşməsi, borca girməsi və borclarını verə bilməməsi onun ciddi xəstəliklər ərəfəsində olduğundan xəbər verə bilər. 

Son.az medicina.az-a istinadən bildirir ki, alimlər borclanmaqla xəstəlik və çətin diaqnozlar arasında bağlılıq olması barədə qəribə araşdırma aparıb, maraqlı nəticəyə gəliblər.

ABŞ universitetinin alimləri 1992-2014-cü illərdə 33 min amerikalının maliyyə durumunu analiz edib. 9000 ailənin borcu, gəliri, xərci araşdırılıb. 

Bu ailələrdən 3000-nin üzvündən birində 22 il boyunca demensiya və Alsgeymer xəstəliyi diaqnoz olunub.

Analizlər göstərib ki, bu ailələrdə xəstəlik diaqnoz olunmamışdan az öncə gəlirlərinin, bank hesablarındakı vəsaitin getdikcə azalması, ümumi maddi vəziyyətin pisləşməsi baş verib.

Səbəbi izah edən elmi işçi Kerol Roan deyib ki, artıq əmək qabiliyyəti, işə həvəsi azalan kişi və ya qadın Alsgeymerin başlanğıc mərhələsində gəlirlər barədə düşünmür, pullarla davranışında səhvlərə yol verir. İnsanlar hesabları vaxtında ödəməyi, kredit gününü unudur, lazım olmayan şeyləri alır, asanlıqla pul itirir, borc verir, dələduzların qurbanı olur və s.

(adsgarden = window.adsgarden || []).push({});