Portağal tək C vitamini deyil... Bilmədiyiniz faydaları


Digərləri 30 Okt 2019 22:49:00 417 0

Portağal tək C vitamini deyil...  Bilmədiyiniz faydaları

Bir çoxların fikrinə görə, portağalın əsas faydası tərkibində çoxlu miqdarda C vitamini ilə bağlıdır.

Portağal həqiqətən bu vitaminlə olduqca zəngindir. Yalnız 1 meyvənin tərkibində 1 günlük C vitamininin dozası var.

Lakin portağal digər faydalı maddələrlə də zəngindir.

Belə ki, onun tərkibində A, B1, B2, B9, PP, E vitaminləri, dəmir, marqans, yod, kobalt, mis, ftor, sink, kalium, kalsium, maqnezium, fosfor, flavonoidlər, orqanik turşular, qidalı liflər və s. faydalı maddələr var. Məhz bu səbəbdən portağal orqanizmin bir çox orqan və sistemləri üçün çox xeyirlidir.

1. Son.az saglamolun.az-a istinadən bildirir ki, portağal orqanizmə xərçəng əleyhinə təsir edir. Onun tərkibində D-limonen maddəsi var. Bu maddə dəri, süd vəzi, ağciyər, ağız və yoğun bağırsaq xəsrənginin profilaktkasında böyük rol oynayır.

2. Dediyimiz kimi, portağal C vitamini ilə çox zəngindir. C vitamini soyuqdəymə və qripp xəstəlikləri zamanı daha tez sağalmağa kömək edir. Həmçinin C vitamini damarların sağlamlığı üçün çox vacibdir, damarların sərtləşməsinin qarşısını alır.

3. Portağal arterial təzyiqi aşağı salır, ürəyə düşən gərginliyi və ürək xəstəliklərinin riskini azaldır, damarlarda trombların əmələ gəlməsi riskini azaldır.

4. Portağal böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır.

5. Liflərlə zəngin olan portağal (xüsusilə onun ağ qabığı) qanda xolesterinin səviyyəsini aşağı salır, bağırsaqları təmizləyir.

(adsgarden = window.adsgarden || []).push({});