Təyyarə qəzasında ölən futbolçunun adı stadiona verildi


Digərləri 30 Okt 2019 22:30:00 229 0

Təyyarə qəzasında ölən futbolçunun adı stadiona verildi

Argentinanın “San Martin Proqreso” klubu təyyarə qəzasında dünyasını dəyişən futbolçu Emiliano Sala ilə bağlı təqdirəlayiq addım atıb.

Bakı. Argentinanın "San Martin Proqreso" klubu təyyarə qəzasında dünyasını dəyişən futbolçu Emiliano Sala ilə bağlı təqdirəlayiq addım atıb. Trend-in məlumatına görə, klub stadionuna mərhum futbolçunun adını verməyi qərara alıb. Stadionun adı oktyabrın 31-də Salanın 29-cu doğum günündə dəyişdiriləcək. Stadion Salanın şəkilləri ilə bəzədiləcək. Qeyd edək ki, argentinalı futbolçu "San Martin"in yetirməsi olub. Bu ilin yanvar ayında Fransanın "Nant" klubundan "Kardif Siti"yə transfer olan Sala İngiltərəyə yollanarkən təyyarə qəzasında həlak olmuşdu.