Bakıda silsilə oğurluqlar edən ruhi xəstə saxlanılıb


Kriminal 30 Okt 2019 22:30:00 237 0

Bakıda silsilə oğurluqlar edən ruhi xəstə saxlanılıb

Bakıda silsilə oğurluqlar edən ruhi xəstə saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən mılumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini E.Namazəliyevin "QAZ-31" markalı avtomobilindən mobil telefonunu soyğunçuluq yolu ilə aparan, rayon ərazisindəki evlərdən birinin həyətindən elektrik sobası, habelə Biləsuvar rayon sakini İ.Abbasovun mobil telefonunu oğurlayan şəxsin hazırda Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəbiyev olması müəyyən edilib.